Xəbər lenti

Ərəb klubu ulduz futbolçunun transferini açıqladı
İdman 15:20 26.06.2023

Ərəb klubu ulduz futbolçunun transferini açıqladı

Səudiyyə Ərəbistanı klubu "Əl-Hilal" Kalidou Koulibalini heyətinə qatıb.

Qaynarinfo-nun məlumatına görə, ərəb klubu İngiltərə Premyer Liqasında çıxış edən "Çelsi"nin sabiq müdafiəçisi ilə müqavilə bağlandığını açıqlayıb. 

Ötən mövsümü liqanı üçüncü pillədə başa vuran "Əl-Hilal", "Vulverhempton"dan Ruben Nevesi rənglərinə bağladıqdan sonra "Çelsi"dən Koulibalini də transfer edib.

Klubdan verilən məlumata görə, 32 yaşlı Koulibali ilə 3 illik müqavilə imzalanıb.

Koulibalinin transfer qiyməti ilə bağlı heç bir məlumat verilməsə də, İngiltərə mətbuatı transferin 20 milyon funt-sterlinqə başa gəldiyni iddia edib.

Səbuhi Həsənov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->