Bakıda təlim-məşq toplanışını başa vuran qadın futbolçulardan ibarət millimiz bu gün növbəti yoldaşlıq oyununu keçirib.
Qaynarinfo xəbər verir ki, "Dalğa Arena”da Birləşmiş Ərəb Əmirlikləri komandası ilə qarşılaşan yığmamız 2:0 hesablı qələbə qazanıb. Komandamızın heyətində Sevinc Cəfərzadə və Manə Mollayevə fərqlənib.
Bu komandalar arasında fevralın 20-da keçirilmiş ilk oyun 4:0 hesabı ilə millimizin xeyrinə nəticələnmişdi.
Səbuhi Həsənov