
"Gözəl qız, sən saf susan…" Əli Kəriminsözləridir. Bizim zəmanəmizdə qıza-qadına belə romantik, duyğulu sözləryazan şair tapmaq çətindir. Bəlkə də, düz eləyirlər. İndi götürübhansısa qıza yazsan ki, “Ey mənim yuxusuz gecələrimin xəyallarına qonaqgələn gözəllik ilahəsi!” adama məşhur mahnıdakı kimi cavab verər:
-Dur oppan!
Düzdürcamaatın anasına-bacısına girişmək üçün belə yöntəmlər gücünü itirib,indi birbaşa mətləbə keçirlər. Bunu qəbul edirəm. Ancaq mətləbə dəkeçəndə gərək mətləbli keçəsən. Gərək yaxınlaşdığın zənən xeylağının kimolduğunu az da olsa, tanıya biləsən. Yoxsa, tanımadığın, ömründə üzünügörmədiyin qadına potensial fahişə kimi baxmaq?! Bu heç birkitaba-dəftərə sığmır. Bilirəm, Azərbaycan “seksual inqilabı” keçməmişölkədir. Bizdə hələ də əksər kişilər virtualda qarşılarına çıxanqadınlara “babat şeydir” tipli sözlərlə yanaşırlar.
Bəsbelə vəziyyətlərdə bizim xanımlar özlərini necə aparırlar? “Üzvermişəm” deyib özlərini qınayırlarmı? Elə bu barədə fikirləşə-fikirləşə“Facebook”da avaralanırdım. Bir də onda gördüm, pah! Elə mənim dədostluğumda bir xeyli “xod” ediləsi gözəl var. Qollarımı çırmalayıb işəgirişmək istəyəndə gördüm birinə bacı deyirəm, biri dostumunsevgilisidir, biri mənə yazıçı dostumu sevdiyini etiraf edib, biriziyalı, mədəni və işgüzar xanıma bənzəyir. O biri ümumiyyətlə evlidir!
“Lənət şeytana!” deyib fikrimi dəyişdim və belə bir qərara gəldim:
-Bu gözəl xanımlar arasında balaca bir sorğu aparacam, görüm onları“Facebook”da çoxmu incidirlər? Azərbaycan kişiləri özlərini necə aparır?Xətirlərinə-zada dəyən varsa, gedim üzr istəyim. Beləliklə,"“Facebook”da sizi narahat edirlərmi?", "Kişilərin diqqət və qayğısıhəddini aşırmı?" suallarını mənimlə eyni vaxtda “çat”da olan bir neçəgözəl xanıma göndərdim.
***
Yazar xanım Şəlalə Göytürk erkəklərdən şikayətçidir:
-Azərbaycanlılar real həyatda olduğu kimi, virtual həyatda da hər şeyinzibilini çıxarıblar. Məsələn; gənc oğlan qəşəng qız profili görür vədərhal onunla tanış olmaq istəyir. Qıza dostluq göndərir, ardınca dayazır: "Salam, necəsən, tanış olaq, nömrəni yaz...”
Bubədbəxt başa düşmür ki, tanımadığın adama "sən" deyə müraciət olunmaz.İkincisi də, "nömrəni ver" nə deməkdir? Adamı "razborka"ya çağırırsan,yoxsa özünü fahişəxanada hiss edirsən? Keçən dəfə "nol yeddi" təfəkkürlübiri mənə yazır:
"Tanış olaq?"
Deyirəm ki, evliyəm.
Nə cavab versə yaxşıdır: "Evli qadının burda nə işi var?", "Ərinin xəbəri var, facebookda olmağından?"
Gördüyünüz kimi, Şəlalə xanım çox qəzəblidir. Əlbəttə, gözəlliyi, azadlığı olan qadını bağışlamırlar.
Keçəkbaşqa xanımlara. Aha! Sona Yaqubova da burdadır ki! Naxçıvan yaşayanSona xanım gözəlliyi, azadlığı və mütaliəsi ilə seçilir. Özünün dediyinəgörə kişilər onu da bezdirir. Zəhmət olmasa, gəlin sözü ona verək:
-Adamdan soruşmurlar ki, sənin mənə marağın, balaca da olsa, ilgin varya yox? Birbaşa intim söhbətə keçirlər. Ən yaxşı halda belə başlayırlar:“Mən fiquralı qızları bəyənirəm”.
Qızın fiqurası girsin gözünə! Özlərini Alen Delon bilirlər. Heç soruşmurlar ki, mən sənin zövqüncəyəm ya yox?
İçlərindətanınmış şair-yazıçı və jurnalist də var. Hamısı nə vaxtsa mənə eləgic-gic şeylər yazıblar ki, indi məndən qorxurlar. Birini dostluqdançıxarmışam. Başqa adla dostluq göndərib. Qəbul edən kimi yazıb ki,“Dedim, yəqin, mənə hirslənib sənə yazdıqlarımı paylaşmısan”.
SonaYaqubovadan vaxtını aldığıma görə üzr istəyib, keçirəm “Yeni Müsavat”qəzetinin əməkdaşı Röya Rəfiyeva ilə söhbətə. Röya xanımın cavabı bir azqısa və fərqlidir:
- Açığı, diqqət sərhədikeçmir, çünki statuslar münasibətləri müəyyənləşdirməyə kömək edir.“Facebook” dostunda statuslarına görə sənin haqqında müəyyən rəyformalaşır. Arabir sərhədi keçən olanda dostluqdan çıxarıram, bloka dasalıram.
Bəs cəsarətli statusları ilə diqqəti çəkən dostumuz Aygün Canbaxışlını kim narahat edir?
-Bacardığım qədər cavablandırıram. Hansısa bir səhifəyə comment yazanda"inbox" mesajların sayı çoxalır. Əvvəl cavablandırmıram. İsrar edəndəisə “blok”a salıram.
Şairə İradə Aytelə eyni sualı göndərdim:
-Virtual aləmdə məni ən çox bezdirən düşük qadınların "inbox"umayazdıqları qısqanclıq dolu mesajlardır. Öz həyatı olmayan, virtualaləmdə sevən, sevilən, hətta sevişən qadınlar virtual sevgilisinə məniqısqanır və təhqir dolu məktublar yazır. Hətta bu yaxınlarda şəxsəntanıdığım bir qadın mənim səhifəmdəki körpə şəklinin altına nalayiqsözlər yazmışdı. Etiraf edim ki, əksər hallarda qısqanclıqlar mənə zövqverir.
Dəhşət içindəyəm, deməli, bizdə müəyyən səviyyəsi olan qadınları nəinki kişilər, hətta qadınlar da sevmirlər.
Adının çəkilməsinə istəməyən jurnalist xanımlardan biri isə bunları yazdı:
-Çox az kişilər var ki, normal ünsiyyət qurmaq olur. Amma əksəriyyəthəddini aşır. Səmimi danışmaq olmur. O dəqiqə elə bilirlər ki, ölürsənbundan ötrü. Məcbur olub kobudluq edirsən, onda da olursan “pis adam”.Sənin kimi mədəni dostlarla danışmaqdan isə ləzzət alıram.
Ay can! Ay can! Lap ləzzət eləyir adama! Ziyalı oldun belədir, gözəl xanımlar adamı çox istəyir.(gülüş)
Vənəhayət, son olaraq “Demokrat” qəzetindən tanıdığım gözəl və istedadlıxanım əfəndi Xuraman Hüseynzadənin də fikirlərini aldım:
-Yox. Mənim dostlarım yaradıcı adamlar, siyasətçilər, yəni tanıdığımadamlardır. Özümə qarşı nəzakət, hörmət görürəm. Əvvəl “Facebook”dostlarım arasında əcnəbilər, Anadolu türkləri də var idi. Əcnəbilərdaha intellektual, yaradıcı polemikalar apardığı halda türklər ancaqfotoları vəsf edirdilər”.
Bəli, xırdaistisnaları çıxmaq şərti ilə, ümumi vəziyyət acınacaqlıdır. Bir-ikikitab oxumuş, gözəlliyi ilə diqqət çəkən, mətbuatda görünən xanımlarımızcəmiyyətin basqısından qurtulub virtual aləmə gəlirlər, orda da belə...
Qardaşlar!
QarşıdanBeynəlxalq Qadınlar Günü gəlir. “Facebook”da incitdiyiniz bütünxanımlardan üzr istəmək üçün əlavə bir profil açın, onlardan üzristəyin, “bundan sonra özümü tərbiyəli aparcağam” deyib dostluqgöndərin. Səviyyəli xanımlardan oxumağa yazıçı, baxmağa film adısoruşun. Başqa şeylər zamanla öz yolunu tapacaq. İnanın mənə.
***
P.S.Qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə NigarYaqublunu təbrik edir və onun qarşısında ehtiramla baş əyirəm...