Xəbər lenti

Erməni ağırlıqqaldıranının qolu belə sındı - VİDEO
İdman12:47 11.08.2016

Erməni ağırlıqqaldıranının qolu belə sındı - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rioda keçirilən Yay Olimpiya Oyunlarının ağır atletika yarışında bədbəxt hadisə baş verib.

Qaynarinfo.Az xəbər verir ki, yarışda Ermənistan yığmasının üzvü, Avropa çempionu Andranik Karapetyan ağırlıq qaldıran zaman uğursuzluğa düçar olub. 

Andranik Karapetyan 195 kq ağırlığı ilk dəfə qaldıra bilməyib. O, 2-ci dəfə bunu etməyə çalışarkən qolu dirsəkdən çıxıb və sınıb. Ağrıya dözə bilməyən erməni atlet qışqıraraq ağlayıb.

Qeyd edək ki, 20 yaşlı erməni atlet yarışların favoriti hesab edilirdi və onun qızıl medalı qazanacağı ehtimal olunurdu.

Qaynarinfo.Az