Xəbər lenti

“Erməni əsgərinin rəşadət simvolu” sayılan topçu Albert məhv edildi
Ölkə06:33 09.10.2020

“Erməni əsgərinin rəşadət simvolu” sayılan topçu Albert məhv edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu şəkil 27 sentyabrda başlayan İkinci Qarabağ savaşının ilk günlərindən Ermənistanda populyarlaşmışdı. Şəkildəki topçu Albert Ovannisyan isə "erməni əsgərinin rəşadətinin simvolu"na çevrilmişdi. Bugünlərdə Azərbaycan hərbçiləri Ovannisyanı məhv ediblər.
Qaynarinfo-nun Modern.az-a istinadən məlumatına görə, xəbəri Dağlıq Qarabağdakı separatçıların qondarma "prezidenti” Araik Harutunyan Facebook-da təsdiqləyib. O, Dağlıq Qarabağdakı döyüş əməliyyatlarının iştirakçısı, topçu Albert Ovannisyanın ölümündən sonra "Cəsarətə görə" medalı ilə təltif edildiyini də bildirib.
Araik Harutyunyan Albertin atası Artaka müraciət edərək başsağlığı verib.
Qeyd edək ki, İrəvan küçələrində bu fotoşəkil olan reklam lövhələri var. Albertin adı oktyabrın 7-dən "itkinlər siyahısı"na yazılmışdı. Nəhayət oktyabrın 8-də onun öldürüldüyü təsdiqləndi.
Verilən məlumatlara görə, Albert Ovannisyanın Azərbaycan Ordusu tərəfindən məhv edilməsi erməni hərbçilər və mülki əhali arasında ruh düşkünlüyünü bir qədər də artırıb... Erməni sosial şəbəkələrində Albert Ovannisyanın öldürüldüyü barədə xəbərin təsdiqlənməsi aydın səmada ildırımın çaxması effektini verib.