Xəbər lenti

Erməni əsilli şəxs millimizin futbolçusuna qardaş deyib təbrik etdi (FOTO)
İdman13:58 25.03.2021

Erməni əsilli şəxs millimizin futbolçusuna qardaş deyib təbrik etdi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Aleksey İsayev futbol üzrə Azərbaycan milli komandasının heyətində debüt edib.
Qaynarinfo xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi DÇ-2022-nin seçmə mərhələsinin Portuqaliya ilə matçında ilk dəfə Azərbaycan yığmasının formasını geyinib. İsayev, 84-cü dəqiqədə Emin Mahmudovun əvəzinə meydana daxil olub.
Millidə debüt edən Alekseyi dostları "instagram”da təbrik ediblər. Debütantı təbrik edənlər arasında "erik_avetyan” adlı erməni "instagram” istifadəçisi də olub ki, Alekseyin onun təbrikinə "təşəkkür edirəm, qardaşım” deyə, cavab yazması, sosial şəbəkədə narazılıqla qarşılaşıb. Aleksey narazılıqlardan sonra həmin paylaşımı silib.
Portuqaliya Azərbaycanı 1:0 hesabıyla məğlub edib.(Komanda.az)