
Ermənistan milli komandasının və Rusiyanın “Spartak” klubunun futbolçusu Araz Özbilizin mədəsində problemlər meydana gəlib.
Lent.az-ın məlumatına görə, bu barədə yığmanın baş məşqçisi Vardan Minasyan açıqlama verib.
O bildirib ki, hələ sentyabrın 6-da Çexiya ilə 2014-cü il dünya çempionatının seçmə qrup matçından sonra Özbilizin mədəsi ilə bağlı problemləri başlayıb: “Müalicə 4 gün davam etməli idi. Lakin həkimlər yarımmüdafiəçini Danimarka ilə növbəti qarşılaşmaya hazırlamaq üçün hər şeyi etdilər. İkinci hissədə Özbiliz zəiflik hiss etdi. Lakin mən onu oyundan ala bilmədim. Çünki artıq 3 əvəzetmədən yararlanmışdım”.