Xəbər lenti

Erməni futbolçu rəsmən Joze Mourinyunun futbolçusu oldu - FOTO
İdman10:07 07.07.2016

Erməni futbolçu rəsmən Joze Mourinyunun futbolçusu oldu - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İngiltərənin "Mançester Yunayted" klubu növbəti transferini reallaşdırıb.

Qaynarinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi Dortmund "Borussiya"sının futbolçusu Henrix Mxitaryanı transfer edib. Ermənistan milli komandasının üzvü ilə daha sonra müddəti artırılmaq razılığı ilə 4 illik müqavilə imzalanıb. Bu transfer "Mançester Yunayted"ə 42,5 milyon avroya başa gəlib.

"Mançester Yunayted"in yeni baş məşqçisi Joze Mourinyu isə Liqa 1-də ən yaxşı futbolçu olan Zlatan İbrahimoviçdən sonra Bundesliqanın yaxşısı Mxitaryanı heyətə qata bildiklərinə görə sevindiyini ifadə edib.

Qeyd edək ki, 2013-cü ildən "Borussiya" forması geyən erməni futbolçu 2015/16 mövsümündə meydana çıxdığı matçlarda 23 qol və 32 məhsuldar ötürmə ilə yadda qalıb. O, ötən il Dortmundda keçirilən "Qəbələ" ilə oyunda (4:0) da 1-ci qolun məhsuldar ötürməsini etmiş və matçda 4-cü qolu vurmuşdu. Ermənistan millisinin üzvü ötən mövsüm fanatlar, jurnalistlər və oyunçular arasında keçirilən səsverməyə görə Bundesliqanın ən yaxşı oyunçusu seçilmişdi.

Qaynarinfo.az