Xəbər lenti

Erməni hərbçi postda yatan əsgər yoldaşını güllələdi
Ölkə11:44 24.11.2016

Erməni hərbçi postda yatan əsgər yoldaşını güllələdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanın işğal altındakı ərazilərində erməni əsgər hərbçi yoldaşı tərəfindən güllələnib. 

Musavata.com-un Ermənistan mediasına istinadən yaydığı xəbərə görə, yaralı vəziyyətdə Xankəndi hospitalına çatdırılan əsgər Aznavur Baleyanın vəziyyəti sabit ağırdır. 

Ermənistanın Qeqarkunik vilayətinin Çovazard kəndindən olan əsgərin həmkəndliləri deyib ki, ölüm ayağında olan Aznavurun hərbi xidmətini başa çatdırmasına 6 ay qalırmış. Güllələnmə faktı ilə bağlı cinayət işi qaldırılıb. 

İlkin araşdırmalara görə, postda dayanarkən sıravi A.Nersesyanla A.Baleyan arasında mübahisə yaranıb. Mübahisəyə səbəb isə Baleyanın postda yatması olub. Dava-dalaş zamanı qəfil atəş açılıb və Baleyan başından yaralanıb. A.Nersesyan isə həbs olunub. 

Artıq Ermənistan ordusunda özbaşınalıq o qədər geniş miqyas alıb ki, ordu rəhbərliyi hərbçilərin bir-birini güllələməsinə görə Azərbaycan tərəfini günahlandıra bilmir. Bu günlərdə erməni fəallar İrəvanda Azərbaycan torpaqlarında ölən erməni hərbçilərə görə prezident S.Sarkisyandan izahat istəmişdilər. Bu hadisə şübhəsiz ki, etirazları artıracaq.

Qaynarinfo.Az