
Seçki marafonunun iştirakçıları yüksək maaş və pensiya vəd etsələr də, bunun hansı mənbədən daxil olacağını bilmirlər.
Bunu Ermənistanın maliyyə naziri Vardan Aramyan bəyan edib. Onun sözlərinə görə, bəzi siyasi qüvvələr minimum əmək haqqının Azərbaycan manatı ilə 350 azn-ə qaldıracağı barədə saxta bəyanatlar verir. Belə olan təqdirdə digər maaşları da qaldırmaq tələb olunur. Aramyanın fikrincə, dövlət büdcəsində xərcləri kompensasiya etmək üçün vergiləri artırmaq və yeni kreditlər əldə etmək tələb olunur. Dünyada belə bir maaş sistemi yox dərəcəsindədir. – Nazir belə deyib.
Qaynar.Az