Xəbər lenti

Erməni oyunçu Azərbaycanı reklam edə bilər
İdman12:35 12.09.2013

Erməni oyunçu Azərbaycanı reklam edə bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistan paytaxtı Yerevandakı "Mika" klubunun 15 yaşlı futbolçusu İspaniyanın "Atletiko" (Madrid) klubuna yollana bilər

Milli.Az News.am-a istinadən bildirir ki, "Atletiko"da 20 günlük sınaq baxışında olan futbolçu klubun gənclərdən ibarət komandasının heyətində 3 matçda meydana çıxaraq 10 qol vurub.
Avqustda yenidən Madridə yollanmış Qalstyan ikinci dəfə baxışda olub.
Onun kluba tam keçidi bu ay baş tutmalıydı. Lakin "Mika"nın mətbuat katibi Aşot Martirosyan keçidin hələ gerçəkləşmədiyini deyib.
 
"Onun transferi ilə "Mika" rəhbərliyi və atası məşğul olur. Fəqət, "Atletiko" hələ onu çağırmayıb və bir səbəb də göstərməyib. Hayk yetkinlik yaşına çatmadığından onun sənədlərinin qaydaya salınması asan proses deyil", - A.Martirosyan deyib.
 
Madrid "Atletiko"sunun futbolçuları bu ilin yanvarından bəri meydana sinələrində "Azerbaijan. Land of fire" yazısı olan futbolkalarla çıxırlar.
Yeniyetmə erməni futbolçunun 3 matçda belə futbolkada oynaması isə erməniləri çılğına döndərib.
 
Milli.Az Day.Az-a istinadən bildirir ki, əgər H.Qalustyanın keçidi baş tutarsa, o, "Atletiko" formasında Azərbaycanı reklam edən oyunçulardan biri olacaq.
Bundan başqa, Azərbaycanla bağlı bəlli reklam və sponsor anlaşması öhdəlikləri olan "Atletiko"nun erməni futbolçunu heyətinə dəvət etməyə çalışması nə dərəcədə məntiqidir?
 
Erməni diasporunun ilkin şokdan sonra Qalustyanın transferi ilə bağlı danışıqlardan yararlanmağa çalışacaqları isə şübhəsizdir.

Qaynar.info