Xəbər lenti

Erməni snayperinin öldürdüyü Tərtər sakini torpağa tapşırıldı
Ölkə08:57 20.07.2014

Erməni snayperinin öldürdüyü Tərtər sakini torpağa tapşırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Cəbhənin Tərtər istiqamətində Ermənistan silahlı qüvvələri tərəfindən snayperlə vurulan Tərtər sakini bu gün torpağa tapşırılıb.

Anspress-in bölgə müxbirinin məlumatına görə, Mübariz Əliyevin cəsədini təmas xəttinə yaxın olan ərazidən götürüldükdən sonra Tərtər rayon xəstəxanasının morquna yerləşdirilmişdi. Bu gün isə meyit ailəsinə təhvil verilib. Mübariz Əliyev rayonun Ələsgərli kəndində torpağa tapşırılıb.

Qeyd edək ki, ötən gün Ermənistan silahlı qüvvələri Tərtərin Çaylı kəndi ərazisində Mübariz Əliyevi snayperlə vurmuşdu. Onun cəsədi axşam saatlarına qədər təmas xəttinə yaxın olan ərazidə qalmışdı. Ermənilər cəsədi götürməyə imkan vermirdi. Ərazini atəşə tuturdular. Yalnız axşam saat 21 radələrində Şuşa polisi ilə birgə Tərtər rayon polis şöbəsinin əməkdaşları cəsədi təhlükəli ərazidən çıxara bilmişdi.

Qaynar.info