
Rusiya Futbol Birliyinin vitse-prezidenti Nikita Simonyan azərbaycanlı hakim Əliyar Ağayevin idarə edəcəyi Rusiya - Qana matçından danışıb.
Qaynarinfo.Az xəbər verir ki, erməni funksioner deyib ki, israilli Avram Qrantın başçılıq etdiyi Qana millisi ilə oyun maraqlı keçəcək:
"Qana yığması çox ciddi rəqibdir. Mən ondan təəccüblənirəm ki, ilk oyundan sonra millidən narazılıq edirlər. Komanda ağ vərəqdən başlayıb, Çerçesov bütün heyəti dəyişib. Ümumiyyətlə, Stanislav Salamoviç məsələyə düzgün yanaşır ki, bu, yoldaşlıq görüşləri yox, yoxlama oyunlarıdır. İndi Qanaya qarşı komanda daha yaxşı hazırlaşıb. Həm Türkiyə, həm Qana 2 yaxşı rəqibdir. Qana dünya çempionatlarında çox yaxşı və güclü təsir bağışlayır. Ona görə də çərşənbə axşamı Rusiya yığmasını çox yaxşı sınaq gözləyir".
Qeyd edək ki, Rusiya və Qana yığmaları tarixlərində ilk dəfə qarşılaşacaqlar.
Qaynarinfo.Az