Xəbər lenti

Ermənilər 5 yaşlı qızı yaraladı - Atışma + Video
Ölkə05:45 20.06.2014

Ermənilər 5 yaşlı qızı yaraladı - Atışma + Video

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ötən gün axşam saatlarında ermənilər Tovuz rayonunun sərhəd kəndlərini atəşə tutublar. 

Qaynar.info-nun məlumatına görə, Anspress-in bölgə müxbiri xəbər verir ki, ermənilərin açdığı atəş nəticəsində biri azyaşlı uşaq olmaqla, 3 nəfər yaralanıb.

Yaralılardan 45 yaşlı, 3 uşaq anası Ənayət Totan qızı Əliyeva yaşadığı evin qapısı ağzında güllələnib.

Digər kənd sakini, 72 yaşlı Qaraqız Qara qızı Nağıyeva yaralanıb. Ermənilərin atdığı güllə onun nəvəsi, 5 yaşlı Nurcan Osman qızı Nağıyeva ayağından dəyib.

Qeyd edək ki, atışma axşam saatlarına kimi davam edib.

Qaynar.info