Xəbər lenti

Ermənilər Azərbaycan kəndini atəşə tutdular
Ölkə17:19 13.02.2014

Ermənilər Azərbaycan kəndini atəşə tutdular

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistan ordusu Azərbaycanın işğal altında olan Ağdam rayonunun Şotlanlı və Seyidsulan kəndlərindən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və Tərtər rayonunun Qapanlı kəndini atəşə tutub.

Qaynar.info APA-ya istinadən xəbər verir ki, ən çox kənd sakini Rasim Qasımovun və onun qohumu Əli Məmmədovun evi zərər görüb. Başqa yaşayış evlərinə də güllələr dəyib.

Kənd sakinlərinin sözlərinə görə, erməni hərbçiləri günün müxtəlif saatlarında kəndi intensiv atəş altında saxlayıblar. Xoşbəxtlikdən yerli əhali arasında xəsarət alan olmayıb.

Xatırladaq ki, ermənilər bir neçə gün əvvəl Qapanlını intensiv atəşə tutublar.

Qaynar.info