
Erməni işğalı altında olan Azərbaycan torpaqlarında nümayiş təşkil edən erməni əsgərləri, üzərlərində Türkiyə və Azərbaycan bayrağı olan kərpicləri qırıb.
Musavat.com-un hurriyet.com.tr-yə istinadən verdiyi xəbərə görə, görüntülərdə erməni komandosları qondarma Dağlıq Qarabağ respublikasının paytaxtı olan Xankəndində, üzərində Türkiyə və Azərbaycan bayraqlarının əksi olan kərpiclərin qarşısında nümayiş təşkil edirlər.
Azərbaycan bayrağının əksi olan kərpicləri təkrar-təkrar qıran komandirlər daha sonra üzərində əks edilmiş Türk və Azərbaycan bayraqlı kərpicləri bağıraraq qırırlar.
Qaynar.info