Xəbər lenti

Ermənilər azərbaycanlı girovlara məhkəmə qurur
Ölkə04:24 08.10.2014

Ermənilər azərbaycanlı girovlara məhkəmə qurur

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ermənilərin diversant adlandırdığı həmvətənlərimiz “casusluq” və digər maddələrlə ittiham olunurlar

Ermənilər tərəfindən girov götürülən Şahbaz Quliyev və Dilqəm Həsənovun qondarma məhkəmə işi başlayır.

ANS PRESS-in məlumatına görə, Xankəndində baş tutacaq məhkəmə prosesinin keçiriləcəyi vaxt dəqiq bildirilməyib. Ermənilərin diversant adlandırdığı həmvətənlərimiz “casusluq” və digər maddələrlə ittiham olunurlar.

Xatırladaq ki, Şahbaz Quliyev, Dilqəm Əsgərov və Həsən Həsənov bu ilin 29 iyun tarixində yaxınlarının qəbrini ziyarət etmək üçün doğma kəndlərinə - Kəlbəcərin Şapılar kəndinə gedərkən işğalçı Ermənistan ordusu tərəfindən girov götürülüb.

Daha sonra ermənilər tərəfindən öldürülən Həsən Həsənovun meyiti danışıqlardan sonra Azərbaycana qaytarılıb və dəfn olunub.

Qaynar.info