Xəbər lenti

Ermənilər əks-hücuma cəhd edir - MN mətbuat xidməti
Ölkə08:24 04.04.2016

Ermənilər əks-hücuma cəhd edir - MN mətbuat xidməti

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Cəbhə xəttində gərgin vəziyyət qalmaqdadır. Döyüşlər Füzuli, Ağdərə, Xocavənd və Tərtər istiqamətlərində gedir.

Bu barədə virtualaz.org-a Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik Vaqif Dərgahlı məlumat verib.

Onun sözlərinə görə, döyüşlər ağır texnika və artilleriyanın tətbiqi ilə aparılır.

Vaqif Dərgahlı həmçinin qeyd edib ki, erməni tərəfi əks-hücuma keçməyə cəhd edir, Azərbaycan ordusu isə bu həmlələrin qarşısını alır. Azad olunmuş ərazilərdə mövqelərin mühəndis təchizatı üzrə işlər davam etdirilir.

Azərbaycan Müdafiə Nazirliyi, bundan əlavə, Ermənistan Müdafiə Nazirliyinin Azərbaycan ordusunun sıralarında çoxsaylı itkilər barədə məlumatını təkzib edib.

Qaynar.info