Xəbər lenti

Ermənilər Qarabağdan İtaliyaya paltar satır
Ölkə13:51 09.07.2019

Ermənilər Qarabağdan İtaliyaya paltar satır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənilər Azərbaycanın işğal altındakı ərazilərində yeni istehsalat müəssisələri yaratmaqda davam edir.
Qaynarinfo modern.az-a istinadən xəbər verir ki,  Xankəndində yerləşən "Qreyt Partners” (Great Partners) müəssisəsi artıq 5 ildir ki, Avropa, xüsusən İtaliyaya geyim və paltar dəstləri satır.
Şirkətin şöbə müdiri Nelli Baqdasaryan müəssisədə hazırda 300 nəfərin çalışdığını elan edib. O, şirkəti yaxın illərdə genişlənəcəyini, 2019-2020-ci illərdə yeni istehsal proseslərinin başlayacağını açıqlayıb.
"Biz İtaliya bazarı üçün geniş paltar modelləri istehsal edirik. Bütün xammal bu ölkədən gətirilir və Xankəndində yığılaraq yenidən geri göndərilir”- deyə "Qreys Partners”in icraçı direktoru Mxitar Aqabekyan söyləyib.