Xəbər lenti

“Ermənilərin beynəlxalq təşkilatlara müraciətinin önəmi yoxdur” - Ekspert
Siyasət 18:00 29.12.2022

“Ermənilərin beynəlxalq təşkilatlara müraciətinin önəmi yoxdur” - Ekspert

"Azərbaycan hökumətinin razılığı olmadan ölkə ərazisində hər hansı bir fəaliyyət göstərmək qanunsuzdur. Qanunsuz fəaliyyət göstərən qurumun da bu fonda hansısa bir beynəlxalq təşkilata müraciət etməsinin heç bir legitim əsası yoxdur”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Ələsgər Əhmədoğlu "Base Metals” şirkətinin ekspertiza başa çatana qədər Azərbaycanın "Dəmirli” mis-molibden yatağında qanunsuz istismarı dayandırdıqları və ekoloji ekspertiza üçün beynəlxalq təşkilatlara müraciət etmək qərarına gəldikləri barədə erməni mətbuatının yazdığına münasibət bildirərkən deyib:
 
"Dəmirli” mis mobilden yatağının yerləşdiyi ərazi Azərbaycanın suveren ərazisidir.Azərbaycanın razılığı olmadan orada hər hansı bir şirkətin fəaliyyət göstərməsi qanunsuz hərəkətdir. Qanunsuz fəaliyyət göstərən qurum isə bu fonda beynəlxalq təşkilatlara müraciət edə bilməz. Bu aspektdən yanaşdıqda aydın şəkildə görünür ki, "Base Metals” şirkətinin ekoloji ekspertiza üçün beynəlxalq təşkilatlara müraciət etməsinin heç bir əsası yoxdur. Azərbaycan ərazisində hər hansı bir monitorinqin aparılması Bakının razılığı və tələbi olmadan üçüncü ölkə tərəfindən aparılması mümkün deyil. Bu beynəlxalq hüquqa ziddir. Hesab edirəm ki, Azərbaycan öz ərazisində hər hansı bir formada daxili hüquq çərçivəsində hərəkət etmək istəyirsə, bunu reallaşdırmalıdır. Bu aspektdən ora BMT-nin yox, Azərbaycanın müvafiq strukturlarının girişi təmin olunmalıdır”.
 
Bu əsasda ekspert qeyd edir ki, azərbaycanlı ekoaktivistlərin keçirdikləri aksiyanın səbəbi hələlik aradan qalxmayıb:"Aksiya iştirakçılarının tələbi Azərbaycanın həmin istiqamət üzrə ekspertlərinin əraziyə daxil olmasına sülhməramlıların şərait yaratması və onların təhlükəsizliyinin təmin olunması məsələsidir. Ona görə də keçirdiyimiz etirazın səbəbi hələlik aradan qalxmayıb. Erməni mətbuatı bununla onu göstərmək istəyir ki, sözügedən ərazi Azərbaycanın deyil, beynəlxalq nəzarətdədir. Bu isə Azərbaycana daha böyük həqarətdir”. 

Qeyd edək ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə  Xankəndi-Laçın  yolundakı etiraz aksiyası 17 gündür davam edir. Bu  arada erməni mətbuatının yazdığına görə, "Base Metals” şirkəti ekspertiza başa çatana qədər  Azərbaycanın Qarabağ iqtisadi rayonu ərazisində, "Dəmirli” mis-molibden yatağında qanunsuz istismarı dayandırmaq qərarına gəlib. Şirkətin bəyanatında deyilir ki, ekoloji ekspertiza üçün beynəlxalq təşkilatlara müraciət etmək qərara alınıb. Müraciət ən qısa zamanda araşdırılması üçün BMT-nin müvafiq strukturlarına və aidiyyəti  beynəlxalq təşkilatlara göndərilib. 

Rüfət Sultan



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->