Xəbər lenti

Ermənilərin silah anbarı kimi istifadə etdiyi növbəti mülki təyinatlı obyekt aşkar edildi
Ölkə09:36 26.12.2023

Ermənilərin silah anbarı kimi istifadə etdiyi növbəti mülki təyinatlı obyekt aşkar edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qarabağ bölgəsinin Ortakənd yaşayış məntəqəsində yerləşən və vaxtilə ermənilər tərəfindən silah-sursat anbarı kimi istifadə olunmuş mülki təyinatlı obyektə baxış keçirilən zaman içərisində xeyli sayda müxtəlif növ mina, kustar üsulla hazırlanmış əldəqayırma partlayıcı qurğu və çoxlu sayda digər döyüş sursatları aşkar edilib.
Bu barədə Qaynarinfo-ya Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Həmin mina və əldəqayırma partlayıcı qurğular Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən müsadirə edilib.