Xəbər lenti

Erməninin azərbaycanlıların komandasına keçməsinə imkan verilmədi - FOTO
İdman16:55 07.06.2016

Erməninin azərbaycanlıların komandasına keçməsinə imkan verilmədi - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yerevanın “Pünik” klubu və Ermənistan yığmasının futbolçusu Varazdat Aroyanın Təbrizin “Traktor Sazi” klubuna keçməsi barədə razılıq pozulub.
Virtualaz.org-un İran KİV-nə istinadən məlumatına görə, “Traktor Sazi”nin prezidenti Mustafa Acorlu bildirib ki, buna komandanın əksəriyyəti azərbaycanlılar olan azarkeşlərinin etirazı səbəb olub.
Qeyd edək ki, bundan əvvəl “Traktor Sazi”nin rəsmi saytı Varazdat Aroyanın klubla ikiillik müqavilə imzalaması barədə xəbər yaymışdı.
Məlum olduğu kimi, İran rəhbərlərinin çoxsaylı qadağalarına baxmayaraq, “Traktor Sazi”nin matçlarında daim Azərbaycana dəstək şüarları səslənir.
Qaynarinfo.az