Xəbər lenti

Erməninin daşıdığı olimpiya məşəli söndü
İdman11:57 07.10.2013

Erməninin daşıdığı olimpiya məşəli söndü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yunanıstanda yandırılan və Soçidə keçiriləcək 22-ci Qış Olimpiya Oyunları üçün Rusiyaya gətirilən olimpiya məşəli sönüb. Fanat.az xəbər verir ki, xoşagəlməz hadisə Moskvada baş verib.

Texniki səbəbdən söndüyü bildirilən olimpiya məşələni onu daşıyan 60 yaşlı olimpiya çempionu Şavarş Karapetyan alışqanla yenidən yandarıb.

Olayla bağlı açıqlama verən olimpiadanın Təşkilat Komitəsinin rəhbəri "Belə şeylər hərdən olur, böyütməyə dəyməz" deyib.

Qaynar.info