Xəbər lenti

Ermənistan Azərbaycanla sərhəddə aeroport tikir
Ölkə07:25 30.08.2013

Ermənistan Azərbaycanla sərhəddə aeroport tikir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ermənistanda yeni aeroport tikilir.

Anspress-in Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan ərazilərin idarə olunması naziri Armen Gevorqyan ermənilərin Syünik adlandırdığı Zəngəzur bölgəsinə səfər edərkən deyib.

Qafan aeroportunun tikilməsi ilə bağlı Ermənistanda xüsusi müşavirə keçirilib. Ermənistan ərazilərin idarə olunması naziriliyinin mətbuat xidmətinin bildirdiyinə görə, vilayət qubernatoru bununla bağlı məsələni yerli biznesmenlərlə müzakirə edəcək. Yekun maliyyə hesablamaları və təkliflər sentyabr ayında hökumətə təqdim olunacaq.

Gevorqyan həmçinin onu da bildirib ki, aeroportun yenidən işə salınması prezident Sarksiyanın tapşırığıdır.

Qaynar.info