Bu gün Ermənistan parlamentində Beynəlxalq Valyuta Fondu (BVF) ilə 2022-ci il yanvarın 11-də və 18-də imzalanmış "Ehtiyat proqramı fondlarından istifadə haqqında” sazişin ratifikasiyası haqqında qanun layihəsi müzakirə edilib.
Qaynarinfo xəbər ki, bununla Ermənistan Beynəlxalq Valyuta Fondundan dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsinə sərf olunacaq kredit götürəcək.
Parlamentdəki müxalifət fraksiyası müzakirəyə təqdim olunan sazişlə bağlı hakimiyyətin atdığı addımlara qarşı sərt çıxışlar ediblər. Belə ki, müxalifətçilər onsuz da iqtisadiyyatın ağır vəziyyətdə olduğu və dövlət borcunun pik həddə çatdığı bir vaxtda BVF-dan götürüləcək kreditlərin ölkəni uçuruma aparacağını və bu problemlərdən heç vaxt qurtula bilməyəcəklərini bildiriblər.
Müxalifətin parlamentdəki vəkilləri ənənəvi olaraq yenə baş nazir Nikol Paşinyan və komandasını bacarıqsızlıqda ittiham edib, ölkəni uçuruma apardıqlarını bildiriblər və hökuməti təcili istefaya çağırıblar.
Müxalifətin iddialarına cavab verən Maliyyə nazirinin müavini Vahe Hovhannisyan hökümətə yönələn yersiz ittihamların başa düşülən olmadığını bildirib.
Nazir müavini müxalifətin iddialarının əks olaraq bildirib ki, hökümətin BVF-dan götürəcəyi borc ölkənin yaxşı vəziyyətdə olmasının göstəricisidir: "Əks halda bizə heç kim borc pul verməzdi. 2022-ci ildə dövlət büdcəsinin kəsiri 236 milyard dram təşkil edir. Kredit bu kəsiri ödəmək üçün nəzərdə tutulub. Ona görə də cəlb edilən bütün vəsaitlər cari xərcləri heç bir şəkildə maliyyələşdirmir, lakin ÜDM potensialını daha da artırmaq üçün Ermənistanın infrastrukturuna sərmayə qoyulması üçün imkan yaradır”,
Telman