Xəbər lenti

Ermənistan Gəncə, Bərdə, Tərtər və digər şəhərlərə raket zərbələri endirir
Ölkə08:00 08.10.2020

Ermənistan Gəncə, Bərdə, Tərtər və digər şəhərlərə raket zərbələri endirir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Ermənistanın "Smerç" raketləri və ağır artilleriya ilə Azərbaycan şəhərlərinə və mülki şəxslərə qarşı məqsədli hücumları davam edir”.
Qaynarinfo-nun xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ”Twitter”dəki hesabındakı paylaşımında bildirib.
H. Hacıyev qeyd edib ki, Gəncə, Bərdə, Tərtər və digər şəhərlər Ermənistanın məsuliyyətsiz hücumlarının hədəfinə çevrilib.  
"Ermənistanı dayandırmaq üçün sülhə vadar etmə missiyası davam etdirilməlidir”, -deyə Prezidentin köməkçisi vurğulayıb.