Xəbər lenti

“Ermənistan günahkardır”- Brayzadən helikopter açıqlaması
Ölkə08:53 15.11.2014

“Ermənistan günahkardır”- Brayzadən helikopter açıqlaması

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ATƏT-in Minsk qrupunun sabiq həmsədri, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza təmas xəttində vertolyotun vurulması hadisəsini şərh edib. 

Qaynar.info anspress-ə istinadən xəbər verir ki, o bildirib ki, hadisə ATƏT-in Minsk qrupu tərəfindən araşdırmalıdır: "Azərbaycan qoşunları tərəfindən təmas xəttində erməni vertolyotunun uçuşu və Azərbaycan hərbçiləri tərəfindən vertolyotun vurulması ATƏT-in Minsk qrupu tərəfindən ətraflı araşdırılmalıdır", - deyə Brayza bildirib.

Sabiq rəsmi vertolyotun vurulmasında Ermənistan tərəfini günahkar bilib. O qeyd edib ki, ermənilər aqresiya ilə qarşı tərəfi təhrik etməyə cəhd edirlər. Brayzanın fikrincə, digər bir səbəb Ermənistan tərəfinin Azərbaycan torpaqlarını işğal etməsidir.

Qaynar.info