Ermənistan hökuməti Qarabağdakı qondarma rejimə 8 milyard dram (təxminən 20 milyon dollar) əlavə dəstək verəcək.
Qaynarinfo "Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin iclasında qəbul edilib.
Bu vəsait hesabına mənzil tikintisi proqramlarının genişləndirilməsi, eləcə də Qarabağda yaşayan ermənilərin banklar qarşısında öhdəliklərinin maliyyələşdirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, rəsmi İrəvan bundan əvvəl 2022-ci il dövlət büdcəsinin xərclər proqramı çərçivəsində qondarma rejimə 144 milyard dram (təxminən 365 milyon dollar) vəsait verib.
Aydın