Xankəndinə qazın verilişi bərpa olunub.
Qaynarinfo xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" məlumat yayıb.
Bildirilib ki, bu gün həm Xankəndi ilə yanaşı digər ərazilərdə də mavi yanacağın verilməsi bərpa ediləcək. Erməni tərəfinin fikrincə, bu gün Laçın dəhlizinin açılması da mümkündür.
Qeyd edək ki, Ermənistan tərəfi Xankəndinə qazın verilməsinin dayanmasına görə Azərbaycanı ittiham edirdi. Rəsmi Bakı isə bu iddiaları təkzib edib.
Aydın