Xəbər lenti

Ermənistan millisi Onlayn şahmat üzrə Olimpiadada skandal yaradıb yarışdan qovuldu
İdman17:43 28.08.2020

Ermənistan millisi Onlayn şahmat üzrə Olimpiadada skandal yaradıb yarışdan qovuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistan təmsilçiləri Onlayn şahmat üzrə Olimpiadada skandal yaradıblar və Azərbaycanla oynamayacaqlar.
"Sputnik" xəbər verir ki, hazırda turnirin 1/4 final mərhələsi çərçivəsində davam edən oyunda Azərbaycan millisi Polşa ilə qarşılaşır.
Mümkün qələbə sayəsində millimiz Hindistan – Ermənistan cütünün qalibi ilə qarşılaşmalı idi. Ancaq sözügedən mübarizə skandalla yekunlaşıb.
Oyunun gedişatında erməni şahmatçılardan birinin interneti kəsilib və yekunda Ermənistan 2.5:3.5 hesabı ilə uduzub. Ermənistan tərəfi qarşılaşmanın yenidən keçirilməsini tələb etsə də, FİDE buna etiraz edib.
Etirazların davamında Ermənistan millisi yarışdan uaqlaşdırılıb və onlara 0:6 hesablı texniki məğlubiyyət verilib.
Beləliklə, əgər bu gün Azərbaycan millisi Polşaya qalib gəlsə, sabah yarımfinalda Hindistanla üz-üzə gələcək