Ermənistan Milli Məclisinin müxalif fraksiyaları - "Hayastan” və "Mənimçün Şərəfdir” blokları Dağlıq Qarabağda 44 günlük müharibənin şəraitini araşdıran komissiyanın işində iştirakdan imtina edib.
Qaynarinfo Sputnik Ermənistan-a istinadla xəbər verir ki, fraksiyaların birgə bəyanatında ölkə hakimiyyətinin obyektiv olaraq öz hərəkətlərini araşdıra bilmədiyi deyilir.
Onların fikrincə, dağıdıcı müharibənin "ilk günahkarı” və "ilk cavabdeh” kimi özünü elan edən hakimiyyət özləri komissiya yaradırlar. Fraksiyalar əmindirlər ki, yeni strukturun işini əlaqələndirəcək müdafiə və təhlükəsizlik komissiyası apriori obyektiv ola bilməz (komissiyaya hakim qüvvənin nümayəndəsi Andranik Köçəryan rəhbərlik edir - SE.).
Bu vəziyyətdə komissiyanın işi sadəcə olaraq "hakimiyyətin günahını yumaq üçün bir tamaşaya” çevriləcək, - onlar deyir. Eyni zamanda, müxalifət əmin edir ki, məsul şəxslərin müəyyən edilməsi onlar üçün prioritet olaraq qalır.
Bundan əvvəl baş nazir Nikol Paşinyan yeni komissiyanın tərkibinə üç parlamentdənkənar qüvvənin nümayəndələrinin, əsir və itkin düşmüş hərbçilərin qohumlarının, eləcə də ekspertlərin daxil edilməsinə imkan verən qanunvericilik dəyişiklikləri etmək niyyətində olduğunu bəyan edib.
Parlament müxalifəti bu formatda ¼+1 səs uduzsalar, 44 günlük müharibəni araşdıran komissiyanın işində iştirak etməyəcəklərini bildirərək belə genişlənməyə qarşı çıxıblar. Lakin parlamentdənkənar sektor nümayəndələrinin oraya daxil olub-olmayacağı hələlik məlum deyil.
İlk dəfə olaraq müharibənin səbəblərini, şəraitini və nəticələrini araşdıracaq strukturun yaradılması barədə qərar 2021-ci ilin iyulunda parlamentin hazırkı sədri Alen Simonyan tərəfindən açıqlanıb.
Alpər