
Ermənistan Silahlı Qüvvələrinin Silahlandırma İdarəsinin rəisi, general Melsik Çilingəryan tutduğu vəzifədən azad edilib.
Report Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkə prezidenti Serej Sarqsyan sərəncam imzalayıb.
Qeyd edək ki, apreldə Azərbaycanın işğal altında olan torpaqlarında gedən 4 günlük döyüşdən sonra Ermənistan Müdafiə Nazirliyinin yüksək vəzifəli bir neçə əməkdaşı işdən çıxarılıb.
Ermənistan prezidenti Serj Sarqsyanın aprelin 26-da imzaladığı sərəncam əsasən Ermənistan müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini Alik Mirzabekyan, rabitə xidmətlərinin rəisi general-mayor Komitas Muradyan və Baş Qərargahın kəşfiyyat idarəsinin başçısı Arşak Karapetyan vəzifəsindən azad edilib.
Qaynarinfo.az