Ermənistan Milli Məclisi "Avropa İttifaqına üzv olmaq prosesi" haqqında qanun layihəsini birinci oxunuşda qəbul edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Armen Press”
yazır.
Qanun layihəsini 63 deputat dəstəkləyib, 7 deputat əleyhinə səs verib, heç kim bitərəf qalmayıb. Layihə "Demokratik Güclərin Platforması" adlı vətəndaş təşəbbüsü tərəfindən təqdim olunub. İki ay ərzində təşəbbüs 50 min tələb olunan imzadan 60 min imza toplayıb.
Yanvarın əvvəlində Ermənistan hökuməti qanun layihəsini təsdiq edib. O vaxt hökumət qeyd edib ki, layihənin qəbul edilməsi "Ermənistan Respublikası vətəndaşlarının Avropa İttifaqına tamhüquqlu üzv olacağı ilə bağlı gözləntilərini daha realist etməyə imkan verəcək" və bu məsələ ilə bağlı müzakirə aparılması üçün işçi mühit yaradacaq.
Baş nazir Nikol Paşinyan qanun layihəsinin "Ermənistanın Avropa İttifaqına üzv olacağı anlamına gəlmədiyini", çünki ölkənin birliyə üzv olmasına dair qərarın yalnız ümumxalq referendumu ilə qəbul edilə biləcəyini vurğulayıb. Lakin bu cür səsvermədən əvvəl Yerevan Avropa İttifaqı ilə üzvlüyə dair yol xəritəsini müzakirə etməyi planlaşdırır.
Ermənistanın Aİ-yə üzv olmaq istəyini son dörd ildə qarşılaşdığı çağırışlar nəticəsində düşündüyünü, ötən ilin mart ayında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan qeyd edib. O, Yerevan üçün xarici əlaqələri ən yüksək səviyyədə müxtəlifləşdirməyin vacibliyini, tərəfdaşlar və müttəfiqlərin sayını artırmaq istədiklərini bildirmişdi. Bu arada, Ermənistanın iqtisadiyyat naziri Gevorg Papoyan vurğulayıb ki, Yerevan Avrasiya İqtisadi Birliyində (AİB) iştirakı tərk etmək niyyətində deyil: "Biz müstəqil olmaq istəyirik. Müstəqillik isə budur ki, sən hamıdan asılısan, amma hamı da müəyyən mənada səndən asılıdır", – deyə Papoyan izah edib.
Avropa İttifaqı da Ermənistanla ikitərəfli əməkdaşlığı genişləndirmək qərarı qəbul edib, keçən il Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Xosep Borrel bildirmişdi. Onun sözlərinə görə, bu çərçivədə Brüssel Yerevanla "yeni tərəfdaşlıq üçün ambisiya dolu bir gündəlik" hazırlamağa başlamışdı.
Sentyabr ayında Ermənistan və Aİ viza rejimini ləğv etmək üçün danışıqlara başlayıb. Ermənistan vətəndaşlarının qısa müddətli səfərlərdə Avropa İttifaqına vizasız gedişini mümkün edən şərt ölkənin sərhəd nəzarəti, miqrasiya və korrupsiyaya qarşı mübarizə sahələrində "vacib islahatların" həyata keçirilməsi göstərilib.
Alpər
Şərhlər