Xəbər lenti

Dünya 17:17 12.02.2025

"Fox News": Trampın gizli elçisi Moskvada Putinlə 3 saatlıq danışıq apardı

ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi elçisi Stiven Uitkof Moskva səfəri zamanı Rusiya prezidenti Vladimir Putinlə görüşüb. 

Qaynarinfo xəbər verir ki, bu barədə Fox News aparıcısı Şon Hanniti bildirib.
 
Onun sözlərinə görə, görüş üç saat yarım davam edib. Lakin müzakirələrin konkret nəyə həsr olunduğu barədə jurnalist açıqlama verməyib.  

New York Times-ın (NYT) məlumatına görə, Uitkof Moskvaya gəlməzdən əvvəl Putinin ən yaxın silahdaşları ilə danışıqlar aparıb. Bundan əlavə, o, Ukraynadakı müharibəni Səudiyyə Ərəbistanı və Qətər rəsmiləri ilə də müzakirə edib. Bu ölkələr münaqişənin həllində vasitəçilik etməyə çalışırlar. Kreml Putinlə Uitkof arasındakı görüş barədə danışmaqdan imtina edib. Prezidentin mətbuat katibi Dmitri Peskov bununla bağlı heç bir məlumata malik olmadığını bildirib. Ağ Ev də baş tutan danışıqlara şərh verməyib.  

NYT yazır ki, bir neçə həftə əvvəl Tramp gizli şəkildə Uitkofa "fəaliyyət dairəsini Yaxın Şərqdən kənara genişləndirmək” və Ukraynadakı müharibənin dayandırılması ilə bağlı Rusiya ilə danışıqlara töhfə vermək tapşırığı verib. Tramp Uitkofa güvənir, çünki onunla 1980-ci illərdən bəri dostdur. ABŞ prezidenti hesab edir ki, onun köhnə silahdaşı Ukraynadakı münaqişənin həllinə töhfə vermək üçün zəruri diplomatik bacarıqlara malikdir.  

Uitkof Moskvaya fevralın 11-də gəlib. Onun təyyarəsi Moskva vaxtı ilə saat 10:20-də Vnukovo hava limanına enib və saat 20:25-də ABŞ-a yola düşüb. O, Rusiyanı keçmiş amerikalı diplomat Mark Fogel ilə birlikdə tərk edib. Fogel 2021-ci ilin avqustunda Moskvanın Şeremetyevo hava limanında saxlanılmışdı. O, ölkəyə tibbi məqsədlə istifadə etdiyini iddia etdiyi marixuana gətirməyə cəhd edib. Fogel belindən əməliyyat olunduqdan sonra narkotik vasitələrdən istifadə etdiyini və Rusiyada onların qadağan olunduğunu bilmədiyini deyib. 2022-ci ildə Rusiya məhkəməsi onu narkotik qaçaqmalçılığı ittihamı ilə 14 il müddətinə azadlıqdan məhrum etmişdi. O, məhkəmədə günahını etiraf etmişdi.  

Tramp Fogelin azad edilməsinin Ukraynadakı müharibənin dayandırılması üçün vacib bir addım ola biləcəyini bildirib. O, həmçinin Fogelin azad edilməsini "çox ədalətli” adlandırıb və Rusiyanın bunun qarşılığında "o qədər də çox şey tələb etmədiyini” qeyd edib. Fogel Ağ Evdə Tramp ilə görüşü zamanı Rusiya prezidenti tərəfindən əfv edildiyini açıqlayıb. "Biz prezident Putinin etdiklərinə görə minnətdarıq”, – deyə Tramp bildirib və fevralın 12-də daha bir amerikalının Rusiya həbsxanasından azad ediləcəyini elan edib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->