Xəbər lenti

Alüminium bahalaşsa,
Dünya 21:31 12.02.2025

Alüminium bahalaşsa, "Coca-Cola" plastik butulkalara keçə bilər

ABŞ prezidenti Donald Trampın idxal olunan polad və alüminiuma tətbiq etdiyi 25%-lik rüsumlar səbəbindən alüminium bahalaşarsa, "Coca-Cola" qablaşdırma üçün plastikdən istifadə etməyə başlaya bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian" yazıb.

"Coca-Cola"nın baş direktoru Ceyms Quinsi qeyd edib ki, şirkət Kanadadan alüminium idxal edir. Prezident Donald Trampın qərarlarına görə şirkət məhsul qiymətlərinin artımını azaltmağın yolunu tapmalı olacaq.

"Alüminium qutular bahalaşarsa, plastik butulkalara daha çox diqqət yetirə bilərik", deyə o bildirib.

Bundan əvvəl "Canadian Press" xəbər vermişdi ki, ABŞ-ın Kanada polad və alüminiumuna tarifləri 25% deyil, 50% ola bilər. Bir gün əvvəl ABŞ prezidenti Donald Tramp ABŞ-dan polad və alüminium idxalına 25% rüsum tətbiq edən fərman imzalayıb. Fərman martın 4-dən qüvvəyə minir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->