Xəbər lenti

Bu ərazilərdə qaz olmayacaq
Ekonomiks 21:50 12.02.2025

Bu ərazilərdə qaz olmayacaq

Binəqədi rayonu, Biləcəri qəsəbəsində qaz xəttinin yerinin dəyişdirilməsi, Xəzər rayonu ərazisində "Hacı Mövlan” ölçü qovşağı üzərində filtrin quraşdırılması, Xəzər rayonu, Mərdəkan qəsəbəsində qaz xəttinin mövcud mənbəyə qoşulması məqsədilə,13.02.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.


Qaynarinfo xəbər verir ki, "Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.


Bildirilib ki, qaz təchizatı dayandırılan müddətdə Binəqədi rayonu üzrə Biləcəri qəsəbəsinin, Xəzər rayonu üzrə Qala kəndinin, Şüvəlan və Mərdəkan qəsəbələrinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->