Xəbər lenti

Əfv Komissiyasının ilk iclası keçirildi, 100-dən çox müraciətə baxıldı (YENİLƏNİB)
Ölkə 19:15 12.02.2025

Əfv Komissiyasının ilk iclası keçirildi, 100-dən çox müraciətə baxıldı (YENİLƏNİB)

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.

Qaynarinfo xəbər verir ki, iclasda müraciətlərə baxılıb.

Komissiya üzvü Rəşad Məcid APA-ya bildirib ki, iclası Prezident Administrasiyasının rəhbəri, Əfv Komissiyasının sədri Samir Nuriyev açıb. İclasda 100-dən artıq müraciət müzakirə olunub: 

"Bunlar əsasən ağır cinayətlər, eləcə də ölüm işlərində məhkum olunan şəxslərin müraciətləri idi. Hər bir müraciət müzakirə olunaraq münasibət bildirildi. Komissiya üzvlərinin, administrasiyanın müvafiq şöbələrinin və hüquq-mühafizə orqanlarının rəyləri dinlənildi. Səsvermə nəticəsində qərarlar qəbul olundu. Komissiya öz işini davam etdirəcək”.

Qeyd edək ki, komissiyanın iclaslarının nəzərdə tutulan əfvlə bağlı keçirildiyi bildirilir.

09.18
 
Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının ilk iclası keçiriləcək.

Qaynarinfo Report-a istinadən xəbər verir ki, iclasda Komissiyaya daxil olan müraciətlərə baxılacaq.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->