Müğənni Kərim 22 min manatlıq dələduzluğa məruz qalıb (VİDEO)
ARB TV-nin "Günə Bax” verilişində müğənni Kərim Abbasov başına gələn hadisədən danışıb.
"İlin altı ayını işləyirik, altı ayını evdə otururuq. Dedim ki, mən də əlavə bir iş görüm, pul qazanım. Qardaş, düşdüm bir dələduzun əlinə.
Murad adlı şəxs mənimlə işləmək istədiyini bildirdi. Dedim ki, ehtiyac yoxdur, sən nə iş bacarırsan? O da dedi ki, heyvandarlığı bacarıram. Heyvanları cox sevirəm, onlara məhəbbətim var. Getdim yaşadıqları Nefçala rayonu Qaraqaşlı kəndinə anasi ilə danışdım. Siz fikirləşin ki, tanımadığım adamla iş qurdum. Dörd ay ərzində hər şey əla idi. Sonra bu adamı tanıyanlar mənə yazırdılar ki, Kərim bəy siz kiminlə iş görürsünüz, bir dayanın, gözləyin bu qədər pul tökməyin. Siz bilmirsiniz bu adam kimdi? Dörd ayın tamamında mən "stop” verdim. Bundan sonra bunun sifəti çöndü. Mənim aldığım heyvanı satdı. Aldığım maşını özəlləşdirib satdı. 22 min manat mənə ziyan vurub. Kiməsə bu pul az görünə bilər, amma mən bu pulu alın təri ilə qazanmışam.
Heyvan oğurlanan gün gecə saat 1-də Nefçala rayon polis idarəsinə gedib ərizə yazmışam. İki aydır heyvan tapılmır, iki aydır maşın yoxa çıxıb və adam məni silahla təhdid edir. Haqlı olaraq haqsız duruma düşmüşəm. Görəsən, mən bu qədər oğurluq etsəydim, rahat gəzə bilərdim? Mənə zəng edib deyir ki, görürsən mənə heç nə etmədilər. Bax bu məni yandırır.”
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər