Xəbər lenti

ABŞ azad edilmiş Fogelə əvəz olaraq Rusiyaya kimi qaytaracaq? - WSJ
Dünya 18:27 12.02.2025

ABŞ azad edilmiş Fogelə əvəz olaraq Rusiyaya kimi qaytaracaq? - WSJ

ABŞ əvvəllər azad edilmiş amerikalı Mark Fogelə əvəz olaraq Rusiya vətəndaşını qaytaracaq. 

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, bu, "önümüzdəki günlərdə” baş verəcək. Peskov əlavə edib ki, həmin şəxsin adı yalnız o, vətənə qayıtdıqdan sonra açıqlanacaq.  

"The Wall Street Journal" qeyd edir ki, söhbət BTC-e kriptobirjasının həmtəsisçisi Aleksandr Vinnikdən gedə bilər. O, 2017-ci ildə reketçiliyə, şəxsi məlumatların oğurlanmasına və narkotik alverinə yardım etmək ittihamı ilə həbs edilib. 2024-cü ildə Vinnik çirkli pulların yuyulması məqsədilə sövdələşmədə iştirak etdiyini etiraf edib. Onun barəsində hələ hökm çıxarılmayıb, məhkəmə prosesi davam edir.  

Vinniki $4 milyard məbləğində çirkli pulların yuyulması ittihamı ilə 50 il həbs cəzası gözləyir. BTC-e vaxtilə dünyada ən iri on kriptovalyuta birjasından biri olub və gündəlik dövriyyəsi $66 milyon təşkil edib. Birjada anonim hesablarla ticarət mümkün olduğu üçün ABŞ hakimiyyəti onun bütün dövriyyəsini qanunsuz sayıb. Vinnikin vəkili bildirmişdi ki, o, 2024-cü ilin avqustunda Rusiya, ABŞ və Qərb ölkələri arasında həyata keçirilən məhbus mübadiləsinə daxil olmağa çalışırdı.  

Bundan əvvəl ABŞ prezidentinin Yaxın Şərq üzrə müşaviri Stiv Vitkoff Moskvaya səfər etmişdi. Daha sonra məlum olmuşdu ki, o, Rusiyada narkotik qaçaqmalçılığı ittihamı ilə 14 il həbs cəzasına məhkum edilmiş keçmiş ABŞ səfirliyi əməkdaşı Mark Fogelin azad edilməsinə nail olub. Fogel 2021-ci ilin avqustunda Şeremetyevo hava limanında saxlanılmış və üzərində 11 qram marixuana, 8 qram haşiş yağı aşkar edilmişdi. Onun sözlərinə görə, bu maddələri onurğa sütunundan keçirdiyi əməliyyatdan sonra tibbi məqsədlərlə istifadə edib və bu, onun tibbi qeydiyyat sənədlərində də təsdiq olunub. Həbs edildiyi anda Fogel diplomatik statusa malik olmayıb və Moskvadakı Anglo-Amerikan məktəbində müəllim kimi fəaliyyət göstərib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->