Xəbər lenti

Həkimlərin maaşları verilməyib? (AÇIQLAMA)
Ölkə 17:12 12.02.2025

Həkimlərin maaşları verilməyib? (AÇIQLAMA)

Dövlət tibb müəssisələrində çalışan həkimlərin əmək haqqlarının verilməsində problemlər yaranıb.
 
Qaynarinfo xəbər verir ki, bu barədə radioloq-həkim Aydın Əliyev "Facebook" sosial səhifə hesabında yazıb.

Həkim bonusların da verilmədiyini diqqətə çatdırıb:

"Fevral ayının az qala yarısı yekunlaşıb, amma əksər dövlət tibb müəssisələrində yanvar ayının maaşları və bonusları hələ də verilməyib. Tibb işçilərinin qəpik-quruşunu verin, onları incitməyin". 

Qaynarinfo məsələ ilə əlaqədar Səhiyyə Nazirliyinə müraciət edib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Səhiyyə Nazirliyinə tabe olan dövlət tibb müəssisələrində çalışan işçilərin əmək haqqları köçürülüb. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->