Xəbər lenti

Ermənistan revanşa hazırlaşır? - Ekspert
Siyasət08:06 19.06.2023

Ermənistan revanşa hazırlaşır? - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Ermənistan ordusunun sərhədboyu ərazilərdə bir nömrəli hazırlıq vəziyyətinə gətirilməsi prosesi yenidən dalana dirəmək üçün növbəti təxribatlarının anonsudur”.
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov Ermənistan ordusunun sərhədboyu ərazilərdə 1 nömrəli hazırlıq vəziyyətinə gətirilməsinə münasibət bildirərkən deyib.
"Bu sayaq təxribatları hər gün görür və eşidirik. Bu addım ermənilərin heç də Azərbaycana qarşı hücuma keçəcəkləri anlama gəlmir. Onlar Azərbaycana qarşı hücum etmək gücündə və imkanında deyillər. Bu təxribat sadəcə olaraq, danışıqlar prosesini yeni də dalana dirəməyə hesablanmış addımdır. Bu həftə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Brüsseldə görüşü gözlənilirdi. Məhz, həmin görüşü əngəlləmək üçün tərəflər arasında toqquşma da ola bilər. Ermənilər təxribata gedərək, atəşkəsi pozsalar cavablarını da alacaqlar”, deyə Ü.Cəfərov vurğulayıb.
Qeyd edək ki, Ermənistan ordusunun bütün sərhədboyu ərazilərdə 1 nömrəli hazırlıq vəziyyətinə gətirildiyinə dair məlumatlar yayılıb. Hətta avropalı müşahidəçiləri də bölgədən təcili  təxliyə ediblər. Ermənilər iddia edirlər ki, 1  nömrəli hazırlıq vəziyyəti Azərbaycan ordusunun hərəkətliliyinə görə elan edilib. Hərçənd, onların məlumatlarını analiz etdikdə  hücumun Azərbaycan yox, Ermənistan tərəfindən hazırlandığı aydın görünür. 
Rüfət Sultan