Xəbər lenti

Ermənistan tərəfindən Füzuliyə fosforlu mərmi atıldı (FOTO)
Ölkə14:51 08.10.2020

Ermənistan tərəfindən Füzuliyə fosforlu mərmi atıldı (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) bu gün cəbhəboyu ərazilərdə keçirilmiş təcili təxirəsalınmaz əməliyyatlar barədə məlumat yayıb.
"ANAMA-dan Qaynarinfo-ya verilən məlumata görə, 8 oktyabr 2020-ci il tarixində Agentliyin xüsusi mobil əməliyyat qrupları tərəfindən Füzuli rayonu ərazisində aparılan əməliyyat-axtarış tədbirləri zamanı Ermənistan silahlı qüvvələri tərəfindən atılan 1 ədəd tüstülü 122 mm-lik top mərmisi (D-4) aşkar olunub.
Aşkar olunan mərminin tərkibində 3,6 kq ağ fosfor (P-4) vardır ki, bu cür mərmilərin mülki əhaliyə və obyektlərə qarşı istifadə edilməsi beynəlxalq humanitar hüququn tələblərinə və prinsiplərinə görə qadağandır.