Rusiya, Belarus, Qazaxıstan və Ermənistan parlamentlərinin Avrasiya İqtisadi Biriliyi ilə bağlı ratifikasiyanı sinxron şəkildə həyata keçirəcək. ANS PRESS-in məlumatına görə, bunu Rusiya Dövlət Dumasının MDB və soydaşlarla iş üzrə komitəsinin sədri Leonid Slutski bəyan edib.
Onun sözlərinə görə, Ermənistan Birliyə oktyabrın 9-da qoşulacaq.
“Rusiya, Belarus və Qazaxıstana başqa dövlətlər də qoşulacaq. Ermənistandan sonra Qırğızıstan Birliyə üzv olacaq”, deyə Slutski bildirib.