
Ermənistanın Lori və Şirak vilayətlərində sibir xorasına yoluxmaqda şübhəli bilinən 15 nəfər xəstəxanaya yerləşdirilib.
Ans press-in Ria Novosti-yə istinadən verdiyi məlumata görə, təhlükəli infeksiyanın simptomları hələ oktyabrın 4-də Artaqyux kəndində aşkarlanıb. Labarator araşdırmalardan sonra yeddi kənd sakinində sibir xorasının dəri növünün olduğu təsdiqlənib. Epidemiya əleyhinə görülən tədbirlərdən sonra xəstələrin ölmüş ev heyvanlarının ətindən yoluxduğu ehtimal olunur.
Qeyd edək ki, Sibir xorası – əsas mənbəsi ev heyvanları olan və sürətlə yayılan bilən kəskin infeksiya növü hesab olunur.
Qaynar.info