Xəbər lenti

Ermənistandan sığınacaq istəyən azərbaycanlı ailə - HADİSƏNİN SƏBƏBLƏRİ
Ölkə07:48 01.02.2014

Ermənistandan sığınacaq istəyən azərbaycanlı ailə - HADİSƏNİN SƏBƏBLƏRİ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ermənistanın Milli Təhlükəsizlik Xidməti Ermənistandan siyasi sığınacaq istəyən Azərbaycan ailəsinin adlarını açıqlayıb. 

Xidmətin məlumatına görə, ailə Azərbaycanın xüsusi xidməti tərəfindən təzyiqlərə məruz qaldığına görə bu addımı atıb.

Bu haqda Ermənistan Milli Təhlükəsialik Xitmədinə istinadən Azadlıq Radiosunun erməni xidməti xəbər verir. 

Ermənistan MTX-nin saytında dərc olunan məlumatda deyilir ki, 1976-cı il təvəllüdlü Bakı sakini  Gürcüstan-Ermənistan sərhəddindəki “Baqrataşen” nəzarət-buraxılış məntəqəsini keçərək ailəsi və 3 uşağına siyasi sığınacaq istəyib.

Onun dediyinə görə, erməni əsilli  Bakı sakini  R. Mirzəyeva  ilə evləndikdən sonra  xüsusi xidmət orqanları tərəfindən daim təzyiqlərə məruz qalıb və sonda onlarla əməkdaşlıq etmək, həyat yoldaşının xaricdə yaşayan qohumları vasitəsi ilə Ermənistan və Diaspora barədə məlumatları onlara ötürmək məcburiyyətində qalıb. Sonra o, ailəsinin həyatından ehtiyat etdiyinə görə, xarici ölkələrdən birinə qaçmaq  istəyib, amma cəhdi baş tutmayıb. Bundan sonra ona qarşı təzyiqlər daha da artıb. Və nəhayət çıxılmaz vəziyyətdə qaldığından Ermənistandan siyasi sığınacaq istəmək qərarına gəlib.

Ermənistan Təhlükəsizlik Xidmətinin məlumatına görə, BMT-nin Yerevandakı nümayəndəliyi və Ermənistanın Miqrasiya Xidməti  hazırda ailənin gələcək taleyi ilə məşğuldular.

Qaynar.info