Xəbər lenti

Ermənistanın baş naziri Azərbaycan torpaqlarında
Ölkə10:35 05.11.2016

Ermənistanın baş naziri Azərbaycan torpaqlarında

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qarabağ separatçılarının lideri Bako Saakyan noyabrın 4-də Ermənistanın baş naziri Karen Karapetyanla görüşüb.
Virtualaz.org “Ermənistan xəbərləri” portalına istinadən xəbər verir ki, məlumata əsasən, görüşün gedişində bir sıra məsələlər müzakirə edilib. Bu gün Ermənistan nümayəndə heyətinin və separatçıların liderlərinin birgə iclası keçiriləcək.
Qaynarinfo.Az
Azərbaycanlı aktyorun səhhəti pisləşdi: “Dərhal əməliyyat olunmalıyam”
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Rəhim Rəhimovun vəziyyəti ağırlaşıb. 
Bu barədə aznews.az-a aktyorun özü məlumat verib. Böyrək çatışmamazlığından əziyyət çəkən aktyorun qanında kreatinin miqdarı yüksəlib: “Kreatinin miqdarı 480 olub. Artıq 4-cü mərhələdədir. Bir mərhələ qalıb. Buna görə də əməliyyat vaxtı dəqiqləşib. Bir ayın içərisində əməliyyat olunmalıyam”. 
Aktyor bildirib ki, vəziyyətinin pisləşməsi ilə əlaqədar artıq evdən bayıra çıxa bilmir. 
Qeyd edək ki, bir müddət öncə aktyor Rəhim Rəhimovun səhhətində problem yaranıb. Böyrək çatışmazlığından əziyyət çəkən aktyorun əməliyyat xərcləri Heydər Əliyev Fondu tərəfindən qarşılanacaq.
Qaynarinfo.Az