
"Ermənistanın baş naziri Ovik Abramyanın istefası gözlənilən idi".
Qaynarinfo.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu öz şərhində deyib.
Elxan Şahinoğlu bildirib ki, son aylar Ermənistanda ancaq elə bu mövzu müzakirə olunurdu:"Aydındır ki, bu xəbəri ictimaiyyətə elə hakimiyyət içindən ötürmüşdülər. Məqsəd Ermənistanda baş verənlərə görə bütün günahı Abramyana yükləməkdir. Prezident Serj Sərkisyan Abramyanı istefaya məcbur etməklə cəmiyyətə göstərir ki, ağır iqtisadi və sosial vəziyyətə görə Abmaryan məsuliyyət daşıyır.
Abramyanın yerinə təyin olunacaq şəxs durumu dəyişə biləcəkmi?"
Politoloqun fikrincə, Sərkisyan vaxt udmaq istəyir, parlament seçkisinə qədər hakimiyyətini qorumağa çalışır:"Məqsəd parlament seçkisində qələbə çalıb baş nazir kreslosunu əldə etməkdir. Məsələ burasındadır ki, Konstitusiya dəyişikliklərindən sonra Ermənistanda əsas fiqur prezident deyil, baş nazir olacaq. Buna mane olacaq iki qüvvə var – küçələrə axışa biləcək insanlar və ya Moskva. Birincini bir təhər neytrallaşdıra bilər, önəmli olan ikincini razı salmaqdır".
Qafqaz Rafiqoğlu
Qaynarinfo.Az