
"Fənərbaxça"nın sabiq baş məşqçisi Ərsun Yanal "Qalatasaray"a keçəcəyi barədə çıxan iddialara cavab verib.
ANS PRESS-in məlumatına görə, Ərsun Yanal Çezar Prandellinin dəstəyə ehtiyacı olduğunu bildirib.Qeyd edək ki, "Qalatasaray"da Ünal Aysalın yenidən prezident seçilməsi halında Prandellini göndərəcəyi və ötən mövsüm "Fənərbaxça"dan ayrılan Ərsun Yanal ilə anlaşacağı bildirilir.
Ərsun Yanal bu iddiaları təkzib edib:"Heç kimlə danışmadım, görüşmədim və bir razılaşma etmədim. 1-2 oyunda pis nəticə qeydə alındı deyə məşqçi göndərilməməlidir, ona sahib çıxılmalıdır".
Qaynar.info