Xəbər lenti

Əsgər ölümlərinin qarşısını almaq olarmı?
Ölkə11:45 21.04.2013

Əsgər ölümlərinin qarşısını almaq olarmı?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Üzeyir Cəfərov

Son günlərin ən aktual və müzakirə olunan mövzularından biri də əsgərölümləridir desəm, yəqin ki, yanılmaram. Çünki elə bir həftə, bəzən dəelə bir gün olmur ki, biz ya cəbhədən, ya da Azərbaycanın ayrı-ayrı gücstrukturlarında, Bakı və ətrafda yerləşən hansısa hərbi hissə vəbirləşmədə  baş vermiş xoşagəlməz hadisələr haqqında məlumat almayaq.

Sonuncudəfə isə bu ilin aprelində həqiqi hərbi xidmətə çağırılmış gənc birəsgərin "pəncərədən yıxılaraq faciəli şəkildə dünyasını dəyişməsi"  xəbəri olmuşdu ki, bu haqda hələ düz-əməlli araşdırma aparılmadığı birvaxtda başqa bir ölüm hadisəsi haqqında məlumat gəldi. Bu haqda birqədər sonra. Hələliksə, Daxili Qoşunların aprelin 12-də Bakıda yerləşənhərbi hissələrindən birində qeydə alınan faciəyə diqqətinizi yönəltməkistərdim.

Aprelin əvvəllərində hərbi xidmətəçağırılan, 1995-ci il təvəllüdlü Hüseynov Fərman Sarvan oğlu hərbihissənin yataqxanasının 3-cü mərtəbəsindən yıxılaraq dünyasını dəyişdi.Əsgər ağır vəziyyətdə hospitala yerləşdirilsə də, onun həyatını  xilasetmək mümkün olmadı. Uzun illər, təqribən 25 il müddətində hərbi xidmətkeçmiş bir peşəkar zabit kimi nədənsə yadıma sala bilmirəm ki, əvvəllərbelə hadisələrə rast gəlinsin. Nəzəri baxımdan mümkündür ki, əsgər çoxqısa bir müddətdə, yəni heç hərbi xidmətinə başlamamış da hərbi xidmətdədünyasını dəyişsin. Amma praktiki baxımdan, bu mümkün olan iş deyilaxı.

Deməli, baş vermiş hadisədə daha dərinsəbəblər axtarmaq lazımdır. Məhz bunu övladlarını vaxtsız itirmişvalideynlər tələb edirlər. Və düz də edirlər. Axı 18-20 il, necədeyərlər min bir əzab-əziyyətlə övlad böyüt, böyük sevinc hissi ilə,toy-bayramla onu evindən kişilik məktəbi deyilən əsgərliyə yola sal, heçüstündən bir həftə, on gün keçməmiş sənin qapını döysünlər ki, bəsövladının tabutunu təhvil al. Normalda hansı ata-ana, baci-qardaş,doğmalar bu dəhşətli  acı xəbərə sakitcə reaksiya verə bilər? Hardasa bufaciə düşmənlə təmas xəttində baş versə, bəlkə də, bunu başa düşməkolar. Amma baxlb-görəndə ki, cəbhə xəttindən yüz kilometrlərlə uzaqda,özü də stasionar, yəni kazarması, normal məişət şəraiti olan hərbihissədə bu baş verib, deməli, nə isə ciddi hadisələr baş verib və bu dasonda əsgər ölümünə gətirib çıxarıb.

Busəbəblər müxtəlif və fərqli olsalar da, baş verən kökündə ən böyük səbəbkimi insan faktoru, insan amili durur.  Yəni hərbi hissə vəbirləşmələrin məsul şəxsləri öz vəzifə borclarına hansısa mərhələdəsəhlənkar, məsuliyyətsiz  yanaşıblar ki, bax bu cür ağır hadisə və yahadisələr baş verib. Elə yeri gəlmişkən, onu da qeyd edim ki, dünənMüdafiə Nazirliyinin Giləzi qəsəbəsindəki hərbi hissəsində baş vermişnövbəti əsgər faciəsi də yuxarıda dediklərimə əyani sübutdur.  2013-cüilin yanvar ayında Gəncənin Kəpəz rayon Səfərbərlik və Hərbi XidmətəÇağırış üzrə Dövlət Xidməti tərəfindən hərbi xidmətə çağırılmış əsgərəlindəki silahla özünü öldürmüşdü. İlkin məlumata görə, mərhum EminQuliyev xidmət zamanı, postda olarkən gecə saat 00:35 radələrindəhəyatına qəsd edib. Yenə də gənc bir əsgərin (hansı ki, 3 ay bundan öncəhərbi xidmətə başlayıb. Ü.C) doğmalarının verdiyi məlumata görə, mərhumhadisədən 2 gün öncə yaxınlarına narahatçılığını bildiribmiş. O, çoxböyük ehtimalla incidildiyindənmi, ya da ağır şəraitdənmi, istəyirmişki, onun yeri hərbi hissədə dəyişdirilsin.

Birqədər əvvəl qeyd etdiyimiz komandir məsuliyyətsizliyi faktoru gözqarşısındadır. Hansısa problemi, çətinliyi olan əsgərə silah həvaləolunur ki, al get, həm xidmət elə, yəni postda dur, həm də özproblemlərini həll et. Mən qətiyyən demək istəmirəm ki, mərhum  EminQuliyevin psixoloji durumu haqqında ətraflı məlumatı olan komandiri onuposta, özü də döyüş növbətçiliyinə təyin edərdi. Amma fakt faktlığındaqalır ki, bu dediklərimiz olub və ortada 1994-cü ildə anadan olmuşgəncin acı taleyi haqqında biz artıq keçmiş zamanda danışmağaməcburuq... Əgər vaxtında o əsgərin yaşadığı sıxıntıları aşkara çıxarabilsəydilər, bəlkə də, bu gün həmin faciə də yaşanmaz və indi SumqayıtHərbi Prokurorluğunun əməkdaşlarının yorucu suallarına saatlarla  cavabvermək də lazım olmazdı. Türklər demiş, maləsəf, artıq iş işdən keçib vəyəqin ki, hadisə baş verən hərbi hissənin vəzifəliləri yaxalarınıMüdafiə Nazirliyinin rəhbərliyinin əlindən qurtara bilməyəcəklər. Özüdə, bu hadisə elə bir həssas zamanda baş verib ki, onun altından çıxmaq,yəqin ki, çox çətin və bəlkə də, mümkün olmayacaq.

Bayaqda qeyd etdim ki, adətən biz bu tip hadisələrə öyrəşmişik, yəni əsgərölümləri stasionar şəraiti olmayan hərbi hissələrdə daha çox baş verir.Səbəblərdən də ən əsası səhra şəraitində həm fiziki, həm də psixolojicəhətdən hazırlıqsız əsgərlərin, hətta nə qədər qəribə səslənsə də, bəzizabitlərin düşdükləri şəraitdə vəziyyətdən düzgün çıxış yollarını tapabilməməsidir. Amma sonuncu əsgər ölümünün baş verdiyi hərbi hissə busətirlərin müəllifinin də yaxından tanıdığı və şəxsi heyətin yaşaması,fəaliyyət göstərməsi üçün normal şəraiti olan bir hərbi hissədir. Burdahansısa məişət probleminin olması demək olar ki, mümkünsüzdür. Bu günçoxlarının pulla dükan və marketlərdən aldıqları Şollar suyu sutkanın 24saatı əsgərlərin sərəncamındadır. Gecə-gündüz hərbi hissə bu sudangen-bol istifadə edir, kazarmalardakı şərait isə yüksək səviyyədə təşkilolunub. Yeganə çatışmayan cəhət isə hesab edirəm, məsuliyyət hissininyetərincə olmaması və boşluqların olmasıdır. Məhz bəzi komandirlərinözünə arxayınlığı bax belə bir faciəyə gətirib çıxarıb.

Dünən(aprelin 20-də- Ü.C.) mən mərhum əsgər Emin Quliyevin doğmaları iləMərkəzi Kliniki  Hərbi Hospitalın həyətində söhbət edərkən onların necəqəzəbli və nifrət dolu baxışlarının şahidi oldum. Onlar gənc əsgərinməhz komandir məsuliyyətsizliyinin qurbanı olduğunu və bu məsələninsonuna çıxmaq üçün əllərindən gələni edəcəklərini söyləyirdilər. Morqdamərhum əsgərin həm daxili, həm də xarici müayinəsini həyata keçirənekspertlər, Hərbi Prokurorluğun nümayəndələri övlad itirmiş ailənin necəağır ittihamlarla dolu sözlərini eşidirdilər. Mərhumun doğmalarıağıllarına belə yaxın buraxmaq istəmirdilər ki,  3 ay əvvəl böyüktəm-təraqla əsgəri xidmətə yola saldıqları Eminin cansız bədəninitabutda Gəncəyə aparmaq üçün gəlmişdilər...

Budəhşətli mənzərəni gözünüzün qarşısında canlandırsanız, yəqin ki, mənimnə demək istədiyimi başa düşmək olar. Uca səslə, hamının eşidə biləcəyibir formada mərhum əsgərin doğmaları faciələrini ətrafa bildirməyəçalışırdılar. Məhz belə xoşagəlməz hadisələrə görə, son vaxtlar bir çoxvalideynlər açıq şəkildə bəyan edirlər ki, onlar övladlrını gələcəkdənəyin bahasına olursa olsun əsgəri xidmətdən yayındırmağa çalışacaqlar.Fikir verdinizsə, əvvəllər hər bir valideyn öz övladının hərbi xidmətəgetməsini, kişilik deyilən bir həyat məktəbini keçməsini arzulayırdısa,indi tam əksi bir mənzərəni müşahidə edirik. Sual yaranır: niyə?

Axıəvvəllər bizim gənclər ucu-bucağı bilinməyən SSRİ kimi bir nəhəngdövlətin ayrı-ayrı güc strukturlarında asanlıqla xidmət keçirdilərsə,niyə indi bizdə müstəqil dövlətimizdə bu qədər əsgər itkisi baş verir?Əvvəllər müxtəlif millətlərdən və xalqlardan olan, həmçinin ayrı-ayrırespublikalardan gəlmiş, bizə  tanış olmayan mədəniyyətlərin,adət-ənənələrin daşıyıcıları olan gənclər necə olurdu ki, bir yerdə diltapa bilir və mehribanlıq şəraitində əsgərlik keçirdilər, amma indi taməksi olan vəziyyət gözlərimiz önündə baş verir? Əslində, biz tamamfərqli bir situasiya ilə rastlaşmalı idik. Dili bir, dini bir olanAzərbaycan dövlətində, onun ən mühüm elementlərindən olan gücstrukturlarında əsgərlərimiz bir-biri ilə mehriban şəraitdə davranmaqla 1il 6 ay, yaxud da ali təhsilli gənclərimiz 1 il müddətində əl-ələ veribxidmət keçməkdənsə, bəzən münasibətlərin kəskinləşməsi nəticəsində ənxoşagəlməz hadisələrin baş  verməsinin şahidi oluruq.

Aydınməsələdir ki, burda müxtəlif səbəblər mövcuddur. Onların bir neçəsinihaqqında bəzi mülahizələrimi nəzər-diqqətinizə çatdırmağa çalışdım. Ammarazılaşın ki, komandirlərin bütün səviyyələrdə məsuliyyətiartırılmazsa, biz hələ uzun illər bu faciələr haqqında danışmalı,yazmalı olacağıq. Sonda isə onu xatırladım ki, 2013-cü ilin 4-cü ayında,bu sətirlər qələmə alındığı vaxta kimi 27 nəfər hərbi qulluqçumuz bu vəya digər səbəblərdən dünyasını dəyişib. Onlardan yalnız 5 nəfəri düşməngülləsindən həlak olub. Yerdə qalanları isə qeyri-döyüş itkilərimizdir.Hesabat dövründə 31 nəfər hərbçimiz isə xəsarətlər (yaralanma,xəstəlikdən və s.) alaraq sıradan çıxmışlar. Bu hələ ilin əvvəlidir.İrəlidə hələ ən azından 8 ay vaxt var. Ciddi düşünmək və lazımınəticələr çıxartmaq lazımdır, cənab irili-xırdalı komandir və rəislər,general və polkovniklər...