Xəbər lenti

Əsgərlərin tərxis olunmaması ilə bağlı rəsmi açıqlama
Ölkə06:56 08.07.2015

Əsgərlərin tərxis olunmaması ilə bağlı rəsmi açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Hərbi qulluqçuların ehtiyata buraxılmaması ilə bağlı mətbuatda yayılan məlumatlar doğru deyil”. Bunu Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general-mayor Novrzəli Orucov deyib.
Novruzəli Orucov bildirib ki, ölkə prezidentinin sərəncamı ilə iyulun 1-dən həm hərbi xidmətə çağırış, həm də ehtiyata buraxılma həyata keçirilir: “Qanunvericilikdə bu müddətin iyulun 1-dən 30-dək olduğu göstərilir. Hərbi qulluqçuların hərbi hissələrdən ehtiyata buraxılmaması barədə deyilənlər yalandır”.//APA
Qaynar.info